azia.az
azia.az

Xavi Messi ilə Ronaldonu müqayisə etdi

25-03-2016, 12:04

Xavi Messi ilə Ronaldonu müqayisə etdi “Həm Messi, həm də Ronaldo bombardirdi. Ancaq Kriştianu ilə müqayisədə Lionel həm də əsl komanda oyunçusudu”. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, bunu “Barselona”nın və İspaniya yığmasının sabiq üzvü Xavi Ernandes deyib.

Hazırda Qətərin “Əl-Sədd” klubunda çıxış edən 36 yaşlı yarımmüdafiəçi keçmiş komanda yoldaşı Lionel Messi ilə Madrid “Real”ının portuqaliyalı oyunçusu Kriştianu Ronaldonu müqayisə edib.

Hər iki futbolçunu güclü adlandıran Xavi intellekt baxımından üstünlüyün Messidə olduğunu bildirib: “Futbolda yaxşı oyun göstərmək üçün 2 vacib məqam var: fiziki forma və intellekt. Ronaldoda fiziki hazırlıq yüksək səviyyədədi. Messi isə həm əla fiziki formaya, həm də intellektə sahibdi. Məhz bu amil Leonu daha güclü futbolçu edir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi