azia.az
azia.az

“Roma”dan “Sportinq”ə

1-07-2017, 08:30

“Roma”dan “Sportinq”ə


Seydu Dumbiya özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, 29 yaşlı futbolçu bundan sonra Portuqaliyanın "Sportinq" klubunda forma geyinəcək.

Bu barədə xəbəri Lissabon klubu yayıb. Məlumatda bildirilir ki, Dumbiya "Sportinq"də 1 il icarə əsasında çıxış edəcək.

Müqavilə ilə İtaliyanın "Roma" klubuna məxsus olan, ancaq ötən mövsümü icarə əsasında "Bazel"də keçirən və 25 oyunda 20 qola imza atan Seydunun yeni klubuna hansı şərtlərlə keçdiyinə dair məlumat verilmir.

Qeyd edək ki, Fil Dişi Sahili yığmasında 35 oyun keçirib, 7 qola imza atan forvard karyerası ərzində ölkəsinin "Atletik", "Tumodi", "Mimosas", "Dengele", Yaponiyanın "Kasiva Reysol", "Tokuşima Vortis", İsveçrənin "Yanq Boyz", Rusiyanın ÇSKA (Moskva), İngiltərənin "Nyukasl" klublarında da top qovub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi