azia.az
azia.az

“Slovan” - “Qarabağ” oyununun hakimləri açıqlanıb

21-11-2016, 15:29

“Slovan” - “Qarabağ” oyununun hakimləri açıqlanıb"Qarabağ" klubunun Çexiyada "Slovan"la keçirəcəyi futbol üzrə Avropa Liqasında qrup mərhələsinin V tur matçı üçün hakim təyinatları açıqlanıb

"Report"un məlumatına görə, noyabrın 24-də baş tutacaq qarşılaşma İsveçdən olan hakimlər briqadasına tapşırılıb.

Matçın baş hakimi Stefan Yohannesson olacaq.

Hakim-inspektor: Stefano Podesçi (San Marino)

UEFA nümayəndəsi: Roy Kaskart (Şimali İrlandiya)

Qeyd edək ki, noyabrın 24-də keçiriləcək "Slovan" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi