azia.az
azia.az

Qurban Qurbanov: "Şahin Diniyevi təbrik edirəm"

15-02-2016, 12:02

Qurban Qurbanov: "Şahin Diniyevi təbrik edirəm" “Şahin Diniyevi təbrik edirəm. Çox yaxşı və istəkli kollektiv formalaşdıra bilib”. Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Topaz Premyer Liqasının XXI turu çərçivəsində səfərdə “Kəpəz”lə qarşılaşan ağdamlılar 2:1 hesablı qələbə qazanıblar.
Oyundan sonra açıqlama verən Qurbanov qarşılaşmanı belə dəyərləndirib: “Çempionluq yolunda bəlkə də ən vacib 3 xalı qazandıq. Belə meydançada və bu cür azarkeş kütləsi qarşısında çıxış etmək o qədər də asan deyil. Mümkün qədər diqqətli oynayıb, iki standart vəziyyətdən maksimum istifadə etdik. Qələbə münasibətilə komandamı da, azarkeşlərimizi də təbrik edirəm”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi