azia.az
azia.az

“Təhsil haqqında” Qanuna yeni dəyişiklik edilir –Ali məktəblərə imtahansız qəbul olacaq

7-06-2017, 18:30

“Təhsil haqqında” Qanuna yeni dəyişiklik edilir –Ali məktəblərə imtahansız qəbul olacaq


Azərbaycanda "Təhsil haqqında” Qanuna yeni dəyişiklik edilir.

Dəyişiklik Milli Məclisin iyunun 13-də keçiriləcək növbədənkənar iclasında müzakirəyə çıxarılacaq.

Məsələ ilə bağlı Modern.az-aaçıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə bildirib ki, dəyişikliyə görə, universitetlərin nəzdində müvafiq hazırlıq kursları yaradılır və bu hazırlıq kursları vasitəsilə bakalavr pilləsinə imtahan vermədən qəbul həyata keçiriləcək.

A.Mollazadə kursların ödənişli nəzərdə tutulduğunu deyib. Deputat dəyişikliyin əleyinə olduğunu vurğulayıb.

"Bu dəyişiklik imtahandan uğursuz nəticə əldə edən insanlar üçün universitetlərə qəbul olmaq imkanı yaradır. Mənə elə gəlir ki, bu dəyişiklik ali məktəblərin təhsil səviyyəsini aşağıya endirir. Ona görə də bu dəyişikliyin əleyhinəyəm”.

Qanun layihəsi Milli Məclisin iyunun 13-də keçiriləcək iclasında müzakirə ediləcək.

Politico.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi