azia.az
azia.az

MEK-də Azərbaycan xalçalarının virtual sərgisi təşkil olunub

19-11-2020, 15:39

MEK-də Azərbaycan xalçalarının virtual sərgisi təşkil olunub

Azərbaycan xalçalarının UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısınadaxil edilməsinin 10 illiyi ilə bağlı virtual sərgi təşkil olunub.
2010-cu ildən bu siyahıya daxil edilən Azərbaycan xalçalarıdekorativ tətbiqi sənətin nadir incilərindən sayılır və öz qədimliyi ilə seçilir. Respublikamız dilbər guşələri öz füsunkar təbiəti, mili-mədəniyyət nümunələri, qədim abidələri ilə yanaşı həm də nəfis xalçaları ilə dünyada tanınır.Dövlətimiz tərəfindən daim diqqət və qayğı göstərilən xalçaçılıq sənətinin inkişafı istiqamətində son 10 ildə yüksəknailiyyətlər əldə olunub. Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin qorunması və beynəlxalq səviyyədə tanınması işində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri var.
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK)-dəsözügedən yubiley münasibətilə virtual sərgi təşkil olunub.

Sərgidə “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” (Həbibbəyli İ., Muradov V.), “Naxçıvan xalçaçıları” (Muradov V.), “Xalça sənətində haşiyə elementləri və onların quruluşu” (Hüseynov M.), “Azərbaycan multikulturalizmi”, “Azərbaycan xalçaları: Təbriz qrupu”, “Azərbaycan xalçası ensiklopediyası”, “Boyaqçılıq” (Qasımov M., Muradov V.), “Azərxalça”, “Azərbaycan xalçaları:Qarabağ qrupu” (Muradov V.), “Qazax-Borçalı bölgəsinin xalçaları” (Muradov V.), “Qarabağ bölgəsinin xalçaçılıq tarixi” (Muradov V.), “Azərbaycan xalçası”(R. Tağıyeva), “Azərbaycan xalçaçılıq sənəti” (Muradov V.), “Azərbaycan xalçaları qrupu”, “Pazırık xalısı:Rəmzlər dünyası” (M. Hüseynov), “Ковры Туркменский ССР”, “Kamil Əliyevin xalça dünyası” və bu kimi başqa xalçaçılıq sənətinin tarixini və incəliklərini əks etdirən kitablar təqdim olunur.
Sərginin virtual formatını oxuculara təqdim edirik.
Qeyd edək ki, oxucularnoyabr ayının 27-dək davam edəcək virtual sərgini http://mek.az/saytından və Mərkəzi Elmi Kitabxananın youtube kanalından https://youtu.be/2Xi3dTtZ3xY izləyə bilərlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi