azia.az
azia.az

Azərbaycanlı kriminal avtoritet müğənni ilə evləndi - FOTO

17-09-2021, 11:47

Azərbaycanlı kriminal avtoritet müğənni ilə evləndi - FOTO
Azərbaycanlı kriminal avtoritet ailə həyatı qurub.

Azia.az modern.az-a istinadla xəbər verir ki, uzun illər Rusiyada həbsdə olan kriminal avtoritet, cinayət aləmində "Bərdəli Ruslan" kimi tanınan Ruslan Nəzərli müğənni xanımla evlənib.

Onun həyat yoldaşı "Kristal" qrupunun keçmiş solisti, gənc müğənni Həmidə Hüseynovadır.

Qeyd edək ki, "Bərdəli Ruslan" 2012-ci ildə Rusiya Daxili İşlər Nazirliyinin Dövlət Yol Təhlükəsizliyi Müfəttişliyinin rəisi polkovnik-leytenant Sergey Tarasovu döydüyünə görə həbs olunmuşdu.

Kaluqa şəhər məhkəməsinin hökmü ilə Ruslan Nəzərli dövlət məmuruna qarşı zorakılıq, qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələri yaratmaq, quldurluq maddəsinin bir neçə bəndi ilə təqsirli bilinərək 10 il 5 ay müddətində azadlıqdan məhrum edilmişdi.

Ruslanın qardaşı Dadaş Nəzərli də kriminal aləmin tanınmış simalarındadır.

Ruslan və Dadaş qardaşları azərbaycanlı kriminal aləm nümayəndələri tərəfindən qəbul edilən avtoritetlərdir. Onlar mərhum "qanuni oğru" Rövşən Lənkəranskiyə yaxınlığı ilə seçilib.


Azərbaycanlı kriminal avtoritet müğənni ilə evləndi - FOTO
Azərbaycanlı kriminal avtoritet müğənni ilə evləndi - FOTO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi