azia.az
azia.az

Murad Arif “MTV Azərbaycan” kanalındakı işindən ayrıldı

16-10-2020, 11:32

Azia.az: Sənətçi Murad Arif “MTV Azərbaycan” kanalındakı musiqili departamentin direktoru vəzifəsindən ayrılıb.
Murad Arif “MTV Azərbaycan” kanalındakı işindən ayrıldı
Musavat.com bildirir ki, bu barədə o, özünün “İnstagram” səhifəsində məlumat paylaşıb:
“İyunda bəzi jurnalist dostlar MTV kanalına təyinatımla bağlı xəbərlər paylaşdı. O vaxt da söylədim ki, bəli, dəvət var, müzakirə gedir, dəqiqləşən kimi açıqlama verəcəm. Güman edirəm ki, bunu bu gün yazmalıyam. Sentyabrdan etibarən, məni sevimli MTV ilə yalnız gözəl münasibətlər birləşdirir. Bundan başqa heç bir əməkdaşlığımız yoxdur”.

Murad Arif kanaldan getməsini bu cür izah edib: “O vaxt da söyləmişdim ki, yaradıcılığım, öz verilişim və şəxsi biznesimlə yeni vəzifəyə zaman ayıra biləcəyimdən əmin deyiləm. Ona görə də, çox dəyərli MTV rəhbərliyindən, özüm üçün sınaq müddəti istədim və çox qısa müddətdə kanalla əməkdaşlıq etdim. Öz növbəmdə MTV rəhbərliyinə dəvət üçün minnətdarlığımı bildirir və bütün əməkdaşlarına sevgilərimi göndərirəm. Hər zaman dediyim kimi, yenə söyləyirəm, MTV bütün sənət dünyasına lazımdır. Uğurlar olsun doğma kanalımıza”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi