azia.az
azia.az

Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 53 mənzil verilib

24-02-2016, 12:46

Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 53 mənzil verilib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Məmmədli kəndindəki “Göy qurşağı” yaşayış kompleksində yeni yaşayış binalarından tender yolu ilə satın alınaraq təmir etdirilmiş 53 mənzil Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin, şəhid ailələrinin istifadəsinə verilib.
ƏƏSMN-nin mətbuat xidmətindən verilən məlumata görə, onlardan 12 nəfəri Qarabağ müharibəsi əlili, 4 nəfəri 20 Yanvar əlili, 37-i isə şəhid ailəsidir.
Mənzillərin təqdim olunması tədbirində ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev bildirib ki, müharibə əlillərinin və 20 Yanvar əlillərinin, şəhid ailələrinin maddi təminatları, həmin insanların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, onların yeni, müasir tələblərə uyğun inşa olunmuş mənzillərlə təminatı sahəsində də mühüm işlər görülür.
Son bir ayda artıq Nazirlik tərəfindən 75 nəfər müharibə əlili və şəhid ailəsi mənzillə təmin edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi