azia.az
azia.az

Əsgərlikdən qaçanlara ölkədən çıxmaq qadağan ediləcək

15-02-2016, 11:04

Əsgərlikdən qaçanlara ölkədən çıxmaq qadağan ediləcək Çağırışdan qaçanlar haqda məlumatlar “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilir.

Müddətli həqiqi hərbi xidmətdə çağırışdan boyun qaçıran vətəndaşlar haqqında məlumatların “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsinə başlanılıb.
Bunu Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının dördüncü ildönümü münasibətilə keçirilən təntənəli mərasimdəki çıxışında xidmət rəisi, general-leytenant Arzu Rəhimov deyib.
A.Rəhimov bildirib ki, prezident İlham Əliyevin vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq Sərəncamına və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin müddətli həqiqi hərbi xidmət keçən qulluqçularının komplektləşdirilməsi məqsədilə çağırış yaşına çatmış gənclərin müddətli həqiqi hərbi xidmətə cəlb edilməsi və təyin olunduqları hərbi hissələrə göndərilməsi ötən müddət ərzində tam təmin edilib.
Xidmət tərəfindən çağırış yaşı tamam olan gənclərin çağırışdan yayınmasının qarşısının alınması istiqamətində də zəruri işlər görülüb. Bundan başqa, çağırışdan yayınan şəxslər barədə materiallar toplanaraq müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə hüquq mühafizə orqanlarına təqdim edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi