azia.az
azia.az

Hərbi Dəniz Qüvvələrində Silahlı Qüvvələr Günü qeyd olunub

26-06-2016, 05:39

Hərbi Dəniz Qüvvələrində Silahlı Qüvvələr Günü qeyd olunub Müdafiə Nazirinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq Hərbi Dəniz Qüvvələrində Silahlı Qüvvələr Günü qeyd olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, şəxsi heyətin iştirakı ilə keçirilən bayram tədbiri çərçivəsində hərbi qulluqçuların bir qrupunun Silahlı Qüvvələrin Hərb Tarix Muzeyinə ekskursiyası təşkil edilib. Bayram ərəfəsində HDQ-nin Həmkarlar İttifaqı ilə birlikdə şəhid ailələri, müharibə və Silahlı Qüvvələr veteranları ilə görüşlər keçirilib.

Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva, gənc müğənnilər Samirə Əfəndiyeva və Ramail Bayramlı, eləcə də Bakı Xoreoqrafiya Akademiyasının tələbələr Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti qarşısında konsert proqramları ilə çıxış ediblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi