azia.az
azia.az

Ermənilər şokda: Özlərinin yandırdığı kənddə yaşayacaqlar (FOTOLAR)

25-11-2020, 22:01


Ermənilərin Kəlbəcər ərazisində yaratdığı "Şaumyan rayonu”nun Çarektar kəndi ilə bağlı kuryoz olay baş verib.

Yenisabah.az erməni mediasına istinadən xəbər verir ki, ermənilər bu kəndlərin də əldən çıxacağını zənn edərək evlərini yandırıb oranı tərk ediblər. Lakin Çarektar kəndinin rəhbəri Kamo Tsakanyan deyib ki, sözügedən kənd və Aknaberd ermənilərin nəzarətində qalacaq.
Ermənilər şokda: Özlərinin yandırdığı kənddə yaşayacaqlar (FOTOLAR)
Kənd sakinləri bundan son anda xəbər tutublar. "Çarektar kəndinin sakinləri evləri yandıraraq buradan çıxıblar. Onların geri qayidacağı, yoxsa burada hərbi bazanın yerləşdiriləcəyi hələlik bəlli deyil”, - deyə Tsakanyan əlavə edib.

Çarakter kəndi Sovet dövründə Ağdərə rayonunun tərkibində olub. 1992-ci ildə Ağdərə rayonu ləğv edildikdən sonra bu kənd Kəlbəcərin (ermənilər Kəlbəcəri işğal etdikdən sonra ayrıca "Şaumyan rayonu” da yaradıblar) tərkibinə verilib. Bu baxımdan, ermənilər düşünüb ki, Kələbəcər Azərbaycana qaytarılırsa, deməli, Çarkadar da əldən çıxır.
Ermənilər şokda: Özlərinin yandırdığı kənddə yaşayacaqlar (FOTOLAR)
Bir gün sonra bəlli olub ki, yaşayış məskənlərinin təhvil verilməsi prosesi SSRİ-nin inzibati-ərazi bölgüsünə əsasən aparılır. Ona görə də Çarkatarın adı Azərbaycana təhvil veriləcək yaşayış məskənkərinin siyahısında olmayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi