azia.az
azia.az

Ərdoğan Pakistanı 1,2 milyardlıq təzminatdan qurtardı

5-11-2019, 15:09

Ərdoğan Pakistanı 1,2 milyardlıq təzminatdan qurtardı
Pakistanın Baş Naziri İmran Xan Türkiyə şirkəti ilə ölkəsi arasındakı 1,2 milyard dollarlıq təzminat probleminin həll olunduğunu bildirib.

“Qafqazinfo”nun məlumatına görə, İmran Xan məsələni Prezident Rəcəb Tayyib Ərdoğanın həll etdiyini deyib. Xan sosial şəbəkədə yazdığı məlumatda qeyd edib:

“Pakistan Ədalət Hərəkatı hökuməti Ərdoğanın dəstəyi ilə “Karkey” (Türk Qaradəniz Elektrik İstehsalı MMC) şirkəti ilə anlaşılmazlığı dostcasına həll etdi və Beynəlxlaq Sərmayə Sazişlərinin Həlli Mərkəzi (İCSİD) tərəfindən tətbiq edilən 1,2 milyard dollarlıq cəzadan xilas oldu”.

İmran Xan Pakistan hökumətinin müzakirə heyətini də təbrik edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi