azia.az
azia.az

İlham Əliyevdən türkiyəli həmkarına başsağlığı

17-12-2016, 13:50

İlham Əliyevdən türkiyəli həmkarına başsağlığı
Kayseridə törədilmiş amansız terror aktı nəticəsində türk əsgərlərinin şəhid olması və yaralanması xəbəri bizi son dərəcə kədərləndirdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.

Mmətndə deyilir:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Kayseridə törədilmiş amansız terror aktı nəticəsində türk əsgərlərinin şəhid olması və yaralanması xəbəri bizi son dərəcə kədərləndirdi.

Biz bu qanlı hadisəni lənətləyir, dəhşətli bəlaya çevrilmiş terrorizmə qarşı mübarizənizdə Sizi dəstəkləyir və daim qardaş Türkiyənin yanındayıq.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!"


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi