azia.az
azia.az

Əliyevlə Sarkisyanın görüşündə dəyişiklik

19-04-2016, 10:10

 Əliyevlə Sarkisyanın görüşündə dəyişiklik Prezidentlərin görüşü görüşü ATƏT MQ-nin himayəsində keçirilməyəcək.

“Erməni tərəfi Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə yüksək səviyyədə görüşün mümkünlüyünü və vaxtını ATƏT-in Minsk qrupunun həmsədrləri ilə müzakirə etməyib”. Bu sözləri Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyan bildirib.
Vladimir Akopyan Rusiya prezidenti Vladimir Putinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə görüşün təşkil edilməsi təşəbbüsü ilə bağlı məlumatı təkzib etməyib.
2014-cü ildə Azərbaycan və Ermənistan prezidentlərinin Soçi şəhərində baş tutanan görüşü Rusiya prezidentinin təşəbbüsü ilə təşkil edilmişdi. Ermənistan prezidentinin mətbuat katibinin bəyanatından məlum olur ki, münaqişənin tənzimlənməsi üzrə danışıqların yeni mərhələsi də ATƏT MQ-nin himayəsində keçirilməyəcək.
İlham Əliyev və Serj Sarkisyan Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Soçidə üçtərəfli görüşdə Azərbaycan və Ermənistan Silahlı qüvvələri arasında qoşunların təmas xəttində yaranmış gərgin vəziyyətin aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Prezidentlərin sonuncu görüşü Berndə olub. Bern görüşü ötən ilin dekabr ayının 19-da baş tutub. İlham Əliyev ilə Serj Sarkisyan arasında son görüş bir saata yaxın davam edib. Azərbaycan və Ermənistan prezidentləri Minsk qrupu formatına sadiqliklərini təsdiq ediblər. Bu, ATƏT-in Minsk qrupunun həmsədrlərinin yaydığı birgə bəyanatda yer alıb. "Prezidentlər nizamlama danışıqlarının davam etdirilməsinə hazır olduqlarını təsdiq ediblər. Onlar həmçinin Minsk qrupu formatına sadiqliklərini təsdiq ediblər".
Bundan öncəki görüş isə 2014-cü il oktyabrın 27-də Fransa prezidenti Fransua Ollandın vasitəçiliyi ilə Parisdə baş tutmuşdu. Olland, Əliyev və Sarkisyan arasındakı üçtərəfli görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andrie (Fransa) və ATƏT-in qüvvədə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik iştirak ediblər. Paris görüşü Azərbaycan və Emənistan prezidentlərinin 2014-cü ildə üçüncü görüşü olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi