azia.az
azia.az

Milli Şura iqtidarla dialoqa hazır olduğunu elan etdi - Gültəkin Hacıbəyli PA-ya çağırıldı + Açıqlama

13-03-2020, 11:11


Milli Şuranın üzvü Gültəkin Hacıbəyli Prezident Admnistrasiyasından dəvət olunub.
Milli Şura iqtidarla dialoqa hazır olduğunu elan etdi - Gültəkin Hacıbəyli PA-ya çağırıldı + Açıqlama
Mia.az xəbər verir ki, bu barədə onun özü açıqlama verib.

Bildirib ki, Prezident Administrasiyasının Siyasi Partiyalar və Qanunvericilik Hakimiyyəti ilə iş şöbəsinin rəhbəri Ədalət Vəliyevdən görüş təklifi alıb: "Dünən bu təklifi həm Milli Şuranın sədri, hazırda ABŞ-da elmi ezamiyyətdə olan professor Cəmil Həsənli ilə, həm də Milli Şuranın Koordinasiya Mərkəzində dostlarla dəyərləndirdik.

Konseptual olaraq iqtidar və müxalifət arasında siyasi dialoq ideyasını dəstəklədiyimizi bildirdim.Lakin bu görüşlər imitasiya xarakterli deyil, real dialoqun gerçəkləşməsinə xidmət etməlidir.

Digər tərəfdən, görüşlər Prezident Administrasiyasının şöbə müdiri ilə deyil, siyasi hakimiyyətin siyasi qərarların qəbuluna təsir etmək səlahiyyəti və imkanı olan yüksək təmsilçilərilə keçirilməlidir.

Milli Şura olaraq düşünürük ki, çox ağır problemlərlə yüklənmiş ölkənin iqtidarı ilə müxalifəti ilk öncə aşağıdakı mövzularda müzakirə aparıb ölkənin taleyüklü problemlərinin həllinə çalışmalıdır:

1. Siyasi məhbusların azad edilməsi;

2. Sərbəst toplaşma azadlığının təmin edilməsi;

3.Seçki islahatları;

4. Yeni parlament seçkilərinin keçirilməsi;

5. Qarabağ və Təhlükəsizlik sahəsində mövcud təhlükələr və təhdidlər".

G.Hacıbəyli qeyd eidb ki, üzləşdikləri təzyiq və təqiblərə baxmayaraq, ölkənin və xalqıın ali maraqlarından çıxış edərək, qeyd edilən mövzular ətrafında Azərbaycan hakimiyyətilə siyasi dialoqa hazırdırlar.

Xatırladaq ki, son 10 gündə ölkənin partiya liderləri PA-ya dəvət olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi