azia.az
azia.az

İlhamə Quliyevanın qızılları Beynəlxalq Banka aparıldı - VƏKİL

17-03-2016, 18:07

İlhamə Quliyevanın qızılları Beynəlxalq Banka aparıldı - VƏKİL Xalq artisti, mərhum sənətkar İlhamə Quliyevaya məxsus qızıl-zinət əşyaları dövlət tərəfindən Beynəlxalq Bankda qorunur.

Bu barədə mərhumun vəkili Habil Vəliyev xəbər verib. O bildirib ki, qızıl zinət əşyaları bir neçə gün öncə Bakı Şəhər Baş Prokurorluğunun istintaqçıları tərəfindən Beynəlxalq Banka aparılıb: “Bundan əlavə, İlhamə xanıma məxsus olan mənzillərin açarı hüquq-mühafizə orqanları tərəfindən oğlu Orxan Nadirova həvalə edilib. Bildirilib ki, İlhamə xanımın yas mərasimlərini, cümə axşamlarını Orxan Nadirov mərhumun öz evində verə bilər”.
Vəkilin sözlərinə görə, yaxın günlərdə İlhamə Quliyevanın bütün mirasının Orxan Nadirov və onun oğlu Ruslan Nadirova məxsus olması sübuta yetiriləcək: “Mən bunu qanuna söykənib deyirəm. Qoy bilsinlər ki, miras üstündə dava getmir. Qohumlar arasında münasibətlər də normaldır”.
Qeyd edək ki, xalq artisti İlhamə Quliyeva fevralın 25-də dünyasını dəyişib.
Xatırladaq ki, mart ayının 5-də hüquq-mühafizə orqanları tərəfindən İlhamə Quliyevaya məxsus mənzilin açarlarının oğlu Orxan Nadirovdan alındığı, maşınının avtodayanacağa qoyulduğu və bahalı əşyalarınının saxlandığı seyfin isə plomblandığı ilə bağlı məlumat yayılmışdı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi