azia.az
azia.az

Meksikada 1358 nəfər bayram mərasimində zəhərlənib

3-05-2019, 08:18

Meksikada 1358 nəfər bayram mərasimində zəhərlənib
Meksikanın Verakrus ştatında kütləvi zəhərlənmə hadisəsi baş verib. "Report" xəbər verir ki, bu barədə ştatın Səhiyyə Nazirliyi məlumat yayıb.Qeyd edilir ki, Uşaqlar Günü münasibətilə keçirilən mərasimdə 1358 nəfər zəhərlənib. Onlar xəstəxanalara yerləşdirilib.Məlumata görə, onlar arasında hamilə qadınlar və uşaqlar da var. Zərərçəkənlərin bəziləri tibbi yardımdan sonra xəstəxanalardan evə buraxılıblar.Hüquq-mühafizə orqanları hadisə ilə bağlı təhqiqat aparır.Məlumata görə, analoji hadisə Uşaqlar Günündə Herrero ştatında da baş verib. Ştatda 200-ə yaxın uşaq zəhərlənib.Daha əvvəl Meksikanın paytaxtı Mexiko şəhərində metronun Çabakano stansiyasında partlayış baş verib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi