azia.az
azia.az

Dünyada hər iki yüz nəfərdən biri Çingizxanın törəməsidir

6-11-2016, 13:13

Dünyada hər iki yüz nəfərdən biri Çingizxanın törəməsidir
Çingizxanın Monqolustanda heykəli

© flickr.com, Marco Fieber

ABC.es (İspaniya), 06.111.2016

Çingizxanın nəsihətləri

Çingizxan Monqol imperiyasının ən qaniçən sərkərdələrindən biri sayılır. Əfsanəyə görə, onun ordusu o qədər güclü idi ki, bir saatda bir milyon yarımdan çox adamı qırıb. Lakin yenə də onun qəddarlığı haqda miflərə baxmayaraq, işgəncəni məhz o, qadağan edib (öz düşmənlərini əzab çəkməyə məcbur etmədən öldürməyə üstünlük verib) və Asiya və Avropanın xeyli hissəsini əhatə edən imperiya qurub.

İndi, Çingizxan 1227-ci ildə bu dünyanı tərk etdikdən, demək olar, 900 il sonra Anoxin adına Millli muzeyin bir qrup araşdırıcısı (Rusiya) Çingizxana aid edilən əlyazmanın şifrəsinin açılışı haqda məlumat verib. Muzeyin saytında göstərildiyi kimi, min il əvvəlki mətnin üzü dəfələrlə köçürülüb və azyaşlılar üçün tərbiyə kitabı kimi istifadə edilib, həmçinin döyüşçülər üçün bir sıra məişət nəsihətlərini ehtiva edir.

Araşdırıcılar mətbuat üçün məlumatda izah ediblər: “Mətn filoloji və linqvistik təhlildən keçirilib”. Onların sözlərinə görə, əlyazmanın müəllifi Çingizxan (həmçinin onun yazılmasında iştirak edən daha iki nəfər) ola bilər. Alət kimi bambuk çubuq və fırçalardan istifadə olunub. Araşdırmaya qatılmış elmi əməkdaş İrina Nevskayanın dediyinə görə, sənədin tarixi XIII-XIV yüzilliklərə, yəni məhz Çingizxanın yaşadığı dövrə aid edilə bilər.

Bununla belə, hər şey göstərir ki, bu sənədin həqiqətən şəxsən Çingizxan tərəfindən tərtib edilib-edilmədiyini təyin etmək üçün hələ müəyyən vaxt tələb olunur. Ehtimal ki, əlyazma üç müxtlif adam tərəfindən qeydə alınıb. O, dörd səhifədən ibarətdir. Birincisinin başlığı “klassik monqol əlifbası” ilə yazılıb. Elmi xülasədə göstərilir ki, ikincidə həmin dövrün monqol əlifbası işlənib, qalanı isə yazılı təlimlərdir. Çingizxanın yazdığı “incilər”in içində “qadının sözlərini heç vaxt hədsiz dərəcədə ciddi qəbul etmə” kimi nəsihətlər xüsusən seçilir. 2005-ci ildə müəyyən edildiyi kimi, xüsusən də onun yüzlərlə qadınla münasibətdə olduğu və tarixdə ən çox törəmə verən kişilərdən biri olduğu nəzərə alınsa, bu, yetərincə məzəli ifadədir. Amma yenə də bu, əxlaqsız adamlarn əqidəsinə uymamağa çağırmış sərkərdəyə aid edilən yeganə kəlam deyil.

Çingizxan bu mətndə (İrina Nevskayanın sözlərinə görə, o, vaxt keçdikcə dəyişikliyə məruz qala bilərdi, çünki yüz dəfələrlə əllə köçürülüb) həm də tədbirli olmağa dəvət edir: “inanmadığın adama heç vaxt sirrini açma”. Dostluğu qorumağa çağırır: “yaxın dostuna heç vaxt onun yadında qala biləsi pis sözlər demə”.

Bir sözlə, ekspertin rəhbərliyi altında işləyən alman tələbəsininn tapdığı müdrik deyimlər.

Çungizxanın daha dörd vəsiyyəti

-Qalib gəlməyim kifayət deyil. Başqaları devrilməlidir.

-Dədə-baba adətlərimizi dəyişdirsək, bizə pis olacaq.

-Məbədlər xasiyyəti yumşaldır, amma dünyanı ancaq döyüşkən ruh idarə edir.

-Mən Allahın qamçısıyam.

Çingizxan kim idi: döyüşçü, yaxud məşuq?

Bu gün yerüzündə yaşayan hər iki yüz nəfərdən biri – yəni ümumilikdə 16 milyon nəfər – Çingizxanın törəməsidir. Böyük Britaniya, İtaliya, Çin və Özbəkistandan olan araşdırıcılar bu cür nəticəyə gəliblər: alimlər 2000 nəfərin geni haqda məlumat toplayıb və müəyyənləşdirib ki, planetin kişi əhalisinin 8%-inin “Y” xromosomu böyük monqolun həmin xromosomu ilə eynidir. İnsanlığın bütün varlığı ərzində ən böyük imperiyanın qurucusu Çingizxan 13-cü əsrdə Çin, İraq, İran, Türkiyə, Türküstan və Rusiyanın bir hissəsini ələ keçirtməyə nail olub. Rəsmi tarixşünaslıq monqol sərkərdəsinin cəmi üç oğlu olduğunu iddia etsə də, bir fars tarixçisi hələ yeddi əsr əvvəl Çingizxanın məhsuldar kişi olduğundan danışaraq məlumat verib ki, onun 20 000 törəməsi olub.

Stendford universiteti alimlərinin iki il əvvəlki DNT-nin mitoxondrial təhlili (başqa sözlə, anadan qıza ötürülən genlərin təhlili) nəticəsində müəyyən edilib ki, bütün İnsanlığın ümumi genealoji ağacı başlanğıcını on Adəm və on səkkiz Həvvadan götürür.

Oksford universitetinin professorlarından biri isə iddia edir ki, Avropanın bütün əhalisi yeddi qadından əmələ gəlib. Lakin bütün bunlar, ehtimal ki, uydurmadır. Hətta Çingizxan ulu nənələri “dünya”nın on səkkiz və Avropanın yeddi Həvvasının olduğu bütün qadınları tanısaydı (bu sözün Bibliya mənasında), yenə də monqol fatehindən sonra doğulmuş 283 nəsil ərzində onun birbaşa 200 milyon törəməsi dünyaya gələ bilməzdi.

Əvvəllər hesab edirdik ki, ensiklopediyalar Çingiz xanı məcazi mənada “bütün monqolların atası” adlandırıb. İndin isə aydın olur ki, nə tarixçilərə, nə də ensiklopediyalara inanmağına dəyər. Ən elementar heasblamalar ondan xəbər verir ki, Çingizxan on beş yaşından özünün fateh ehtirasına özgə tətbiq yolu tapsaydı (o isə 65 yaşına qədər yaşayıb), onda məlum olur ki, bütün qadınlarını dölləndirmək üçün onun sərəncamında cəmi 18 250 gün olub. Belə çıxır ki, Çingizxanın törəmələri onun qadınlarla ömrü boyu 1750 gün ərzində gündə iki dəfə baş tutmuş uğurlu ittifaqının nəticəsi olub. Lakin, müsaidənizlə, bu adam nə ilə məşğul olub: sevişməklə, yoxsa müharibə ilə? (strateq.az)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi