azia.az
azia.az

Qadınlara çox işləmək olmaz – Ömrü qısaldır

19-08-2016, 10:32

Qadınlara çox işləmək olmaz – Ömrü qısaldırUzun iş saatları, stress, gərginlik heç kimin sağlamlığına yaxşı təsir etmir. Lakin aparılan araşdırmalar sübut edib ki, xüsusilə həftədə 40 və ya daha çox saat işləyən qadınların sağlamlığı daha çox zərər görür. Bunun səbəbi də olduqca kədərlidir
Aile.lent.az çox işləyin qadınlara verdiyi zərərin fəsadlarından bəhs edir.

Amerikalı tədqiqatçılar 7492 kişi və qadının iş həyatı və sağlamlıqlarını 32 il boyu təqib ediblər. Məqsəd uzunmüddətli işin sağlamlığa necə təsir etdiyini və burada cinsiyyət fərqliliyi olub-olmadığını aydınlaşdırmaq olub. Tədqiqatçılar bu araşdırmada spesifik olaraq aşağıdakı problemləri xüsusi nəzarət altına alıblar: Ürək xəstəlikləri və ya ürək çatışmazlığı, dəri xaric hər hansı bir xərçəng növü, onurğa-sümük ağrıları, diabet, xroniki ağciyər xəstəlikləri, astma, depressiya və yüksək təzyiq.

Təhlillər göstərib ki, uzun müddətli iş (həftədə 40-50 + saat) bu xroniki problemlərin dördündə risk artırır.

- Ürək xəstəlikləri riski, həftədə 51 saatdan çox işləyənlərdə artır.
- Xərçəng riski, 51 saatdan çox işləyənlərdə artır.
- Onurğa-sümük ağrıları riski, 40 saatdan çox işləyənlərdə artır.
- Diabet riski, 40 saatdan çox işləyənlərdə artır.

Qadınlar daha çox təsirlənir

Tədqiqatçılar cinsiyyət mövzusunda təəccübləndirici faktla qarşılaşıblar. Məlum olub ki, uzun iş saatları ilə əlaqələndirilən sağlamlıq riskləri, kişilərə nisbətən qadınlarda daha çoxdur. Təhlillər kişilərdə uzun iş saatlarının yalnız onurğa-sümük riskinə təsir etdiyini göstərib. Digər problemlər baxımından ciddi yan təsir aşkarlanmayıb. Əksinə, qismən uzun saatlar boyu (həftədə 40-50) işləyən kişilərdə ürək və ağciyər xəstəlikləri, depressiyaya tutulma riski daha aşağı olur.

Digər tərəfdən, qadınlar baxımından uzun saatlar boyu işləmək ciddi yan təsirlər meydana gətirir. Məsələn, həftədə 60 saatdan çox işləmək, qadınlarda diabet, xərçəng, ürək xəstəlikləri və onurğa-sümük ağrıları riskini üç qat artırır. Tədqiqatçılar həftədə 50-60 saat işləyən qadınlarda hipertoniya ilə astma arasında da əlaqə olduğunu ortaya qoyublar.

Qadınlar ümumiyyətlə daha çox ailə məsuliyyətini boynuna götürdükləri üçün kişilərə nisbətən üzərlərinə daha çox yük düşür. Bu halda isə qadınlar uzun saatlar boyu işlədikdə kişilərlə müqayisədə daha çox təzyiqi, stressi, gərginlik hiss edirlər. Bu vəziyyət isə onların sağlamlıqlarını təsir edir.

Çox işləmək qadınları xəstə salır

Qadınların qarşılaşdıqları bir digər stress faktoru iş yerində məruz qaldıqları “mənfi psixoloji iş xarakteristikaları”dır. Bu mənfi xüsusiyyətlərin səbəbləri: nəzarətsizlik, öyrənmə fürsəti çatışmazlığı, işdə monotonluqla nəticələnən yuxarı hissələrin qeyri-kafiliyi, görülən işin cinsiyyət gücünə bağlı olması, gücü çatandan artıq zehni və fiziki işlərin öhdəsindən gəlmə. Bu minvalla, üstəlik uzun saatlar boyu işləmək qadınlarda xroniki xəstəliklərə yol açır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi