azia.az
azia.az

Dünyada ən çox spirtli içki içilən ölkə hansıdır?

24-03-2020, 03:06

Dünyada ən çox spirtli içki içilən ölkə hansıdır? Euromonitor İnternational Strateji Araşdırmalar Mərkəzi dünyada ən çox spirtli içki içilən ölkələri müəyyənləşdirib.
Araşdırmanın nəticəsi kimi, dünyada ən çox alkoqol qəbul edən xalq kimi Cənubi Koreya vətəndaşları göstərilir. Koreyalılar həftə ərzində orta hesabla 13,7 alkoqol porsiyasını qəbul edirlər.
Cənubı Koreyadan sonra 6,3 porsiyayla rusiyalılar durur. Reytinqin ücüncü yerində isə filippinlilərdir (5,4 porsiya).
Siyahıda Filippindən sonra Tailand (4,5), Yaponiya (4,4), Bolqarıstan (3,9), Ukrayna (3,9), Slovakiya (3,8), Braziliya (3,6), ABŞ (3,3) yer alib.
Alkoqolun bir porsiyası 340 qram turş çaxır və ya pivə, 140 qram yüksək dərəcəli çaxır və ya 42 qram araq ya digər yuksək dərəcəli alkoqollu içki.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi