azia.az
azia.az

Rüşvətxorluğa görə 5 gömrük əməkdaşı barədə cinayət işi açılıb

13-09-2018, 08:07

Rüşvətxorluğa görə 5 gömrük əməkdaşı barədə cinayət işi açılıb

“Xəyanət və rüşvət bağışlanmayacaq! Kim korrupsiyaya cəhd edirsə, rüşvətxorluqla məşğuldursa, həmin şəxslər cəzalandırılacaq”.

Musavat.com bildirir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev mərbuat konfransında deyib. Komitə sədri qeyd edib ki, bu ilin ərzində komitənin 228 əməkdaşı tənbeh edilib, intizam məsuliyyətinə cəlb olunub.

Daha sonra komitənin daxili təhlükəsizlik idarəsinin rəisi Fuad Qasımov cəzalandırılan gömrük əməkdaşları haqda dəqiq rəqəmlər açıqlayıb:

“2018-ci il ərzində 4 fakt üzrə 5 barəsində əməkdaş Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işi açılıb, 9 nəfər vəzifəsindən azad edilib, 6 nəfərin vəzifəsi aşağı salınıb, 47 nəfər şiddətli töhmət alıb, 113 nəfərə sadəcə töhmət verilib, 20 nəfərə isə irad bildirilib”.

Xalidə Gəray


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi