azia.az
azia.az

Əsəd Su-35-in sükanı arxasına keçdi - Video

17-07-2017, 11:14

Əsəd Su-35-in sükanı arxasına keçdi - Video


Suriya Prezidenti Bəşər Əsəd Rusiyanın Lazkiyə şəhərində yerləşən Xmeymim aviabazasına gedib.

Axar.az xəbər verir ki, Prezident Bəşər Əsədi Xmeymim aviabazasında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov qarşılayıb.

Prezident aviabazadakı Rusiya təyyarələri və silahlarına baxıb. Bəşər Əsəd Rusiyanın Su-35 qırıcısının sükanı arxasına da keçib.

Bu, onun Xmeymimə ilk səfəridir.

Qeyd edək ki, Rusiya 2015-ci ilin sentyabrından Suriyadakı terrorçu qruplara hərbi hava əməliyyatlarını təşkil etmək üçün Xmeymim aviabazasından istifadə edir. Xmeymimdə Rusiya hava qüvvələrinin yerləşdirilməsi ilə bağlı Moskva ilə Dəməşq arasında 49 illik müqavilə imzalanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi