azia.az
azia.az

Bayrama az qalıb - 5 gün iş olmayacaq

18-06-2017, 11:12

Bayrama az qalıb - 5 gün iş olmayacaq


Xəbər verdiyimiz kimi, Ramazan bayramı günlərində 5 gün iş olmayacaq.

“Qafqazinfo” xəbər verir ki, tətil günləri artıq gələn həftədən başlayır. Belə ki, bu il Ramazan bayramı və Silahlı Qüvvələri Günü üst-üstə düşdüyünə görə, qeyri-iş günlərinin sayı artacaq.

Nazirlər Kabinetinin təqviminə əsasən, iki bayram eyni günə təsadüf etdiyindən, iyunun 28-i, yəni çərşənbə günü də istirahət günüdür.

Beləliklə, hər iki bayram münasibəti ilə şənbə və bazar günləri də daxil olmaqla 5 gün (24, 25, 26, 27 və 28 iyun) qeyri-iş günü olacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi