azia.az
azia.az

Qod Nisanov “İlin iş adamı” seçildi

24-04-2017, 13:51

Qod Nisanov “İlin iş adamı” seçildi

Rusiyada fəaliyyət göstərən Azərbaycan əsilli iş adamı, "Kiyevskaya Ploşad” Holdinqin idarə heyətinin sədri Qod Nisanov "İslahatçı Gənclər” İctimai Birliyi (İGİB) tərəfindən "İlin İş Adamı” Milli Mükafatına layiq görülüb.

Bu barədə AZXEBER.COM-a məlumat verən İGİB sədri Fərid Şahbazlının sözlərinə görə, bu barədə qərar Rusiyada yaşayan azərbaycanlılar arasında keçirilən sorğunun nəticələri və digər faktlar nəzərə alınmaqla birliyin İdarə Heyəti tərəfindən verilib. Qod Nisanov bu mükafata Azərbaycanla-Rusiya arasında dostluq münasibələrinin inkişafındakı, Azərbaycan həqiqətlərinin Rusiyada təbliğindəki mühüm xidmətlərinə və uğurlu biznes layihələrinə görə, layiq görülüb.

Qeyd edək ki, Qod Nisanov 1972-ci il aprel ayının 24-də Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub. Bakıda Maliyyə-kredit Texnikumu, sonra isə Hüquq İnstitutunu bitirmişdir. 1990-cı ildə "AST” kampaniyasında işləmişdir. 2001-ci ildə Lyublinoda şəriki Zarah İliyevlə birgə "Moskva” ticarət mərkəzini açmış, 2005-ci ildə isə "Biskvit” kompaniyasını və "Ukrayna” otelini almışdır. 2006-cı ildə isə "Avropa” otelini açmışdır.

2000-2005-ci illərdə "Doymond Katters” MMC-də çalışmışdır. 2005-ci ildən "Kiyevskaya Ploşad” holdinqin idarə heyətinin sədridir. 4 iyul 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə "Tərəqqi” medalı ilə təltif olunmuşdur. 14 yanvar 2014-cü ildə Rusiya Federasiyası Prezidentinin Sərəncamı ilə "Dostluq” ordeni ilə təltif olunmuşdur.

Qod Nisanov 1 iyun 2016-cı ildə "Xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi