azia.az
azia.az

Zakir Həsənov hospitalda əsgərləri təbrik etdi - FOTO

21-03-2017, 11:24

Zakir Həsənov hospitalda əsgərləri təbrik etdi - FOTO


Müdafiə Nazirliyin rəhbər heyəti Novruz bayramı ilə əlaqədar Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub. Hərbi tibb müəssisəsinin həyətində ucaldılan ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyulub və ehtiram ifadə edilib.

azia.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov hospitalda müalicə alan şəxsi heyətlə görüşərək onların səhhəti ilə maraqlanıb, hərbi qulluqçulara bayram sovqatları təqdim edilib və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmaları arzu olunub.

Sonra hərbi qulluqçuların ailə üzvləri, hərbçi və mülki qadın əməkdaşlara yüksək səviyyədə tibbi xidmətin göstərilməsi üçün nəzərdə tutulan, son texnoloji nailiyyətlərə əsaslanaraq müasir avadanlıq və cihazlarla təchiz edilmiş Doğum şöbəsinin açılışı olub.

Tibbi heyətlə görüşən Müdafiə naziri onları bayram münasibətilə təbrik edib, uğurlar diləyib, müraciət edənlərə yüksək peşəkarlıq və qayğı ilə xidmət göstərilməsi ilə bağlı tapşırıqlar verib.

Zakir Həsənov hospitalda əsgərləri təbrik etdi - FOTO
Zakir Həsənov hospitalda əsgərləri təbrik etdi - FOTO
Zakir Həsənov hospitalda əsgərləri təbrik etdi - FOTO
Zakir Həsənov hospitalda əsgərləri təbrik etdi - FOTO
Zakir Həsənov hospitalda əsgərləri təbrik etdi - FOTO
Zakir Həsənov hospitalda əsgərləri təbrik etdi - FOTO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi