azia.az
azia.az

Məşhur şirkət Azərbaycanda kimə rüşvət verib? - Qalmaqal

18-01-2017, 13:59

Məşhur şirkət Azərbaycanda kimə rüşvət verib? - Qalmaqal
Avtomobil istehsalında dünya brendi olan "Rolls Roys” şirkətinin Azərbaycanda hökumət rəsmilərinə rüşvət verdiyi üzə çıxıb

"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Ədliyyə Nazirliyinin yaydığı açıqlamada qeyd edilir ki, şirkət Çin, Tayland, Braziliya, Hindistan, Rusiya, Qazaxıstan, Azərbaycan, Angola, Malaziya, Nigeriya və İraqın hökumət rəsmilərinə rüşvət verib. Məlumata görə, bu, ABŞ, İngiltərə və Braziliyanın korrupsiyaya qarşı mübarizə qüvvələrinin birgə apardığı istintaqlar zamanı aydın olub. Məlum olub ki, şirkət 2000-2013-cü illər ərzində xarici hökumət rəsmilərinə dövlət tenderlərini udmaq qarşılığında 35 milyon dollar rüşvət verib.

Bildirilir ki, ittihamları qəbul edən "Rolls Roys” ABŞ, İngiltərə və Braziliya hökumətlərinə bütövlükdə 800 milyon dollar cərimə ödəməlidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi