azia.az
azia.az

"ATV prezidenti dövlətin əleyhinə iş görənləri qidalandırıb" - Xalq artistindən sərt açıqlama

14-11-2016, 17:02

"ATV prezidenti dövlətin əleyhinə iş görənləri qidalandırıb" - Xalq artistindən sərt açıqlama
Sosial şəbəkələrdə verilişin saxta süjetlər üzərində qurulması iddiaları ortaya atılıb
Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verilişi ilə bağlı yayılan məlum görüntülər cəmiyyətdə müzakirələrə yol açıb. Sosial şəbəkələrdə verilişin saxta süjetlər üzərində qurulması iddiaları ortaya atılıb.

Baş verən olayla bağlı Bizimyol.info saytı "Səni axtarıram" verilişində ekspert qismində dəfələrlə iştirak edən xalq artisti Ramiz Məliklə əlaqə salayıb. O, saytımıza açıqlamasında veriliş haqda deyil "ATV"prezidenti haqda sərt danışıb.

"Mən izlədim həmin videonu bu dünyada istənilən bir sosial verilişlərdə baş verir. Narkotik vurmayıblar ki, sakitləçdirici iynə vurublar da. O adam "BOMJ" kimi ilərlə çöllərdə yaşayanda bu camaaat niyə ondan nəsə yazmırdı.Gətiriblər onu ölkəyə yəqin verilişdə də qışqırıb, ona görə sakitləçdiriblər. Bundan əlavə də bu bilavasitə Vüqar Qaradağlının əməlidir. Xoşqədəm xanıma ad verdilər deyə ona qarşı kompaniya başladı.Vüqar Qaradağlı Prezidentin əleyhinə işləyən, dövlətin əleyhinə provokasiyalar quran bir orqanı bu verilişin reytinqindən və adından istifaDə edib onları populuyarlaşdırıb. Mən onu yaxşı tanıyıram. O, təxribatçıdır. "ABA" tv də qalmaqallar yaratdı kanal bağlandı. Sonra getdi "Lider" tv yə ordan da Ədalət Əliyev onu qovdu. İndi də "ATV" dən istifadə edib dövlətə xəyanət edir. Tutalım ki, burada Xoşqədəmin günahı var, bəs o videolar televiziya sədrinin icazəsi olmadan necə çıxarılıb dövlətin əleyhinə işləyən bir quruma ötürülüb. Bu da araşdırılmalıdır. Deməli bu iş "ATV" prezidentinin sifarişidir. Vüqar Qaradağlının adamları "Meydan" tv ilə işləyir. Mən o verilişdə çox olmuşam Xoşqədəm yaxşı qadındır. O qədər işlərə bir video ilə qiymət vermək olmaz."


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi