azia.az
azia.az

İlham Əliyev və Mehriban Əliyeva Füzuli Hava Limanında

29-08-2021, 20:26

İlham Əliyev və Mehriban Əliyeva Füzuli Hava Limanında
Bu gün prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Şuşaya növbəti səfərləri zamanı yolüstü Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanış olublar.

“Füzuli beynəlxalq hava limanına yaxınlaşırıq. Sol tərəfdə aerovağzal kompleksidir. Qabaqda uçuş-enmə zolağı. Cəmi bir neçə ay ərzində artıq hava limanı demək olar, açılışa hazırlaşır. Hava limanının inşası bu il başlayıb və mən demişdim ki, bu il Füzuli beynəlxalq hava limanı istifadəyə veriləcək. Bəlkə də dünyada heç bir hava limanı bu cür sürətli templə tikilməmişdir. Uçuş-enmə zolağı da artıq hazırdır. Burada son tamamlanma işləri aparılır. Bir də qeyd etmək istəyirəm – bu il mən hava limanının təməlini qoydum. İndi isə artıq gəlirik inşaat işləri ilə tanış olmağa. Bu aeroport Qarabağın hava qapısıdır”, - prezident bildirib.

Dövlət başçısının videogörüntülərini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqramdakı hesabında paylaşıb.

Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunur. Baqaj konveyerlərinin, qeydiyyat və digər sistemlərin işə salınması nəzərə alınmaqla, sentyabr ayının sonuna qədər sərnişin terminalının istismara verilməsi işləri tam başa çatdırılacaq.

Hava limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara verilib. Aeroport istənilən tip hava gəmisini qəbul etməyə imkan verəcək. Burada perron da inşa edilib. Avtomatlaşdırılmış sistemlərlə təchiz olunan Hava Hərəkətini İdarəetmə (HHİ) qülləsinin tikintisi başa çatdırılıb. Bunun sayəsində Füzuli hava limanına ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanması mümkün olacaq.

Sərnişinlərin rahatlığını təmin etmək məqsədilə terminalın qarşısında 150 avtomobil üçün nəzərdə tutulmuş dayanacaq inşa olunub. Bundan başqa, Füzuli Beynəlxalq Hava Limanına giriş üçün yolun tikintisi, həmçinin aeroportun ərazisində yaşıllaşdırma işləri aparılır.

Prezident İlham Əliyevin tapşırığı ilə Füzuli rayonunda belə bir qısa müddətdə bu cür ən müasir standartlara cavab verən Beynəlxalq Hava Limanının inşasının həyata keçirilməsi sözün əsl mənasında misli görünməmiş hadisədir və bu bir daha Azərbaycan Prezidentinin mənfur düşməndən azad olunmuş torpaqlarımızda böyük yenidən qurma və tikinti işlərinin aparılması barədə fikirlərinin bariz nümunəsidir.
İlham Əliyev və Mehriban Əliyeva Füzuli Hava Limanında
İlham Əliyev və Mehriban Əliyeva Füzuli Hava Limanında
İlham Əliyev və Mehriban Əliyeva Füzuli Hava Limanında
İlham Əliyev və Mehriban Əliyeva Füzuli Hava Limanında


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi