azia.az
azia.az

Vahid Əhmədov: “Statistika Komitəsi Prezidentə yalan məlumat verib”

19-04-2020, 23:54


Vahid Əhmədov: “Statistika Komitəsi Prezidentə yalan məlumat verib”
Vahid Əhmədov: “Statistika Komitəsi Prezidentə yalan məlumat verib”
“Son siyahıyaalma zamanı da göründü ki, bir çox evlərə gedilmədi, dəqiqləşdirmə aparılmadı. O cümlədən, Prezidentin də bildirdiyi kimi, işsizlərin sayı dəqiq deyil. 190 manatlıq birdəfəlik ödəmə zamanı da işsizlərin sayı müəyyən qədər bilinir. Bu çox ciddi problemdir və bunu araşdırmaq lazımdır”.

Azia.az bildirir ki, bunu modern.az-a müsahibəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

V.Əhmədov bildirib ki, Prezidentə yanlış informasiya verənlər mütləq cəzalandırılmalıdır.

“İşsiz adamı işləyən kimi göstərirsən və o da faktiki olaraq yardımlardan kənarda qalır?! Yaxşı ki, Prezident bu kimi neqativləri aşkarlayır. Qeyd edim ki, bu indinin məsələsi deyil. Bununla bağlı Dövlət Statistika Komitəsində ciddi problemlər var. Ölkədə aparılan siyahıyaalma dəqiq olsa, digər sahələrdə də dəqiqləşmə aparmaq çətin olmaz. Hər kəs öz mundirini, öz kreslosunu qorumaq üçün istənilən addımı atır. Biz işsizlərin sayının 5 faiz olduğunu deyiriksə, bəs bu gün müraciət edən işsizlərin sayı niyə belə çoxdur?”,-deyə millət vəkili soruşub.

V.Əhmədov əlavə edib ki, düzgün məlumat vermək lazımdır ki, Prezident də mövcud vəziyyəti analiz edə bilsin.

“Bilsin ki, ölkədə həqiqi vəziyyət nə cürdür. Prezident təkdir, o hər şeylə tək-tək məşğul ola bilməz. Ona məlumatlar hökumət, nazirlər, İcra hakimiyyətləri tərəfindən verilir. Koronavirus göstərdi ki, bəzi məlumatlar dövlət başçısına düzgün verilmir. Bu yalnız işsizlərin sayı ilə bağlı deyil, problem digər sahələrdə də var. Hər məmur öz yerini qorumağın hayındadır”,-deyə V.Əhmədov vurğulayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi