azia.az
azia.az

Türkmənistan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

11-03-2020, 13:57

Türkmənistan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov martın 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

"Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkmənistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovu Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi