azia.az
azia.az

“AzerGold” və tərəfdaşları Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr edib

24-03-2020, 03:12

“AzerGold” və tərəfdaşları Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr edib
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyəti dövlət başçısının 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 300.000 AZN məbləğində ianə ayrılmasına dair qərar qəbul edib. Müvafiq vəsait “AzerGold” QSC-nin əməkhaqqı fondundan cəlb ediləcək.
Bununla yanaşı, Cəmiyyətin podratçıları, “Star Mining”, “Azplast 2012” və “AT Geotech” şirkətləri də dövlət başçısının təşəbbüsünə qoşularaq, ayrılıqda 50 min azn olmaqla, ümumilikdə 150 min azn vəsaiti Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürəcək.
“AzerGold” koronovirus pandemiyası ilə mübarizədə Azərbaycan ictimaiyyəti ilə həmrəy olduğunu bir daha bəyan edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi