azia.az
azia.az

Bu balıq məhsulunun satışı dayandırıldı – Foto

12-02-2020, 14:26

Bu balıq məhsulunun satışı dayandırıldı – Foto

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən keçirilən monitorinqlər zamanı bəzi satış müəssisələrində Vyetnam mənşəli panqasius balığının etiket məlumatlarında əksini tapan məlumatların həqiqəti əks etdirmədiyi müəyyən edilib.
Bununla bağlı olaraq Agentlik əməkdaşları tərəfindən həmin məhsulun idxalçısı “Karona LTD” MMC-yə məxsus saxlanma anbarında yoxlama keçirilib.
Yoxlama zamanı istehsal tarixi 08.05.2019-cu il, son istifadə tarixi 07.05.2021-ci il olan Vyetnam mənşəli panqasius balığının etiket məlumatlarında məhsulun çəkisi 1 kq, donu açıldıqdan sonra qalan çəkisi 800 q göstərilsə də, donu açılmış məhsulun faktiki çəkisinin 495-510 qram olduğu müəyyən edilib və məhsulun satışı dərhal dayandırılıb.
Aşkarlanan faktla əlaqədar “Karona LTD” MMC qanunvericiliyin tələbləri çərçivəsində inzibati məsuliyyətə cəlb olunub.
Bu balıq məhsulunun satışı dayandırıldı – Foto
Bu balıq məhsulunun satışı dayandırıldı – Foto


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi