azia.az
azia.az

Ronaldodan yeni rekord

18-02-2016, 11:33

Ronaldodan yeni rekord "Real"ın hücumçusu Kriştiano Ronaldo Çempionlar Liqasında yeni rekorda imza atıb.
Portuqaliyalı futbolçu buna 1/8 finalın "Roma" ilə ilk oyununda nail olub.
Madrid təmsilçisinin ulduz futbolçusu Romada baş tutan görüşün 57-ci dəqiqəsində hesabı açıb. Bu, Ronaldonun Çempionlar Liqasının pley-off mərhələlərindəki 40-cı qolu olub. 31 yaşlı futbolçu bu göstərici ilə qitənin ən mötəbər turnirinin pley-off mərhələlərində ən çox qol vuran oyunçu adını qazanıb.
Qeyd edək ki, "Roma" - "Real" oyunu qonaq komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi