azia.az
azia.az

Bakıda əmisigilə gedən 17 yaşlı qız yoxa çıxdı

11-07-2016, 06:16

Bakıda əmisigilə gedən 17 yaşlı qız yoxa çıxdı Bakıda 17 yaşlı qız itkin düşüb. Lent.az-ın məlumatına görə, Yasamal rayon Əkbərov küçəsində yaşayan İkram Müslümov polisə müraciət edərək bildirib ki, qardaşı qızı, 1999-cu il təvəllüdlü Müslümova Səbinə İlyas qızı naməlum şəkildə itkin düşüb. Şikayətçi qeyd edib ki, qardaşı qızı keçən ay onlara qonaq gəlib və iyunun 28-də axşam saatlarında evdən çıxaraq bir daha geri qayıtmayıb.

S.Müslümovanın xarakterik əlamətləri polisə təqdim edilib. Onun tapılaraq ailəsinə təhvil verilməsi istiqamətində iş aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi