azia.az
azia.az

Neft nikbinliyini bərpa etdi, dollar ucuzlaşır

4-02-2016, 18:06

Neft nikbinliyini bərpa etdi, dollar ucuzlaşır Əlvan metalın qiymətində bahalaşma olub.

Dünya bazarlarında həftənin əvvəlində ucuzlaşaraq 29-30 dollar həddinə geriləyən neft yenidən 35 dollar həddinə çatıb.
Dünya bazarlarında ötən gün 32.72 dollar olan “Brent” markalı neftin qiyməti bu səhər bahalaşaraq 35.06 dollara çatıb.
“WTI” neftində də cüzi bahalaşma müşahidə olunub. Ötən gün 29.52 dollar olan “Texas” markalı neftin bir barelinin qiyməti də bahalaşaraq 32.49 dollarda qərarlaşıb.
Ötən gün bir barelinin qiyməti 34,09 dollar təşkil edən “AzəriLayt” markalı neftində qiymətində bahalaşma müşahidə olunub. "Qara qızılımız" 1 dollar bahalaşaraq 35.09 dollarda qərarlaşıb. "Bloomberg" xəbər verir ki, neftin qiymətinin bahalaşması dolların dəyərdən düşməsi ilə bağlıdır. Nəşrin yazdığına görə, “qara qızılın” bahalaşması ABŞ dollarının digər valyutalara nisbətən kəskin ucuzlaşması fonunda baş verir.
Oktyabr ayından etibarən dollar avro qarşısında maksimum həddə - 1,7% ucuzlaşaraq 1,1105 dollar təşkil edib. Sonuncu dəfə ABŞ valyutası 2009-cu ildə belə kəskin ucuzlaşmışdı.
Əlvan metalın qiymətində isə müxtəlif istiqamətlərdə dəyişikliklər müşahidə edilib. "Bloomberg"in məlumatına görə, qızılın 1 qramı bahalaşaraq 36,87 dollar olub. Platinin 1 qramı 28.54 dollar, palladiumun 1 qramı isə 16.31 dollar olub. Gümüşün qiyməti cüzi bahalaşma ilə 1 qram üçün 0.47 dollar müəyyənləşib.
AMB-dən verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi fevralın 4-də 1,5858 manat müəyyən edilib. Avronun məzənnəsində bahalaşma qeydə alınıb. Avro 1.7582 manat, Rusiya rublu isə cüzi ucuzlaşma ilə 0.0206 manat olub. Həmçinin 1 ingilis funt-sterlinqi bahalaşaraq 2.3113 AZN olub, 1 türk lirəsinin qiyməti isə 0.5438 AZN dəyərində müəyyənləşib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi