azia.az
azia.az

Manatın məzənnəsinin enməsində kimlər maraqlıdır?

8-09-2016, 09:53

Manatın məzənnəsinin enməsində kimlər maraqlıdır?
“Qara bazar” meydan sulayır...

Ekspert xəbərdarlıq edir; manatın məzənnəsinin enməsində kimlər maraqlıdır?

Ölkədə milli valyuta ilə bağlı ciddi həyəcan var. Ölkə banklarının əksərinin xarici valyuta satışından imtina etməsi, digərlərinin isə məhdudlaşdırması manata psixoloji təzyiq etməkdədir. Ekspertlər bildirirlər ki, ölkə banklarının cəmi bir neçəsi dollar satışı həyata keçirdiyindən qıtlıq “qara bazar”da aktivliyə səbəb olub.

Sentyabrın 5-dən sonra “qara bazar”da dolların bahalaşması nəzərə çarpıb və həmin qiymətlər daha da artmaqdadır. Fins.az xəbər verir ki, hazırda qeyri-rəsmi bazarda 1 dollar 1,83 manata alınır. Dolların satış qiyməti isə 1,85 manatdır. Ayrı-ayrı şəxslərin əlində olan dollar kütləsinin həcmi elə də böyük deyil, lakin bankların təklif etdiyi limitdən dəfələrlə yüksəkdir. Məlumatlara görə, “qara bazar”da 5 minə qədər dollar almaq mümkündür.

Ekspert Əkrəm Həsənov isə bildirib ki, dolların “qara bazarı” açıq reklama başlayıb: “İndicə 9944 nömrəsindən sms almışam. Orada deyilir ki, bazarda dolların alış qiyməti 1,785-1,87 manat arasıdır. Halbuki Mərkəzi Bankın rəsmi məzənnəsi 1,6362 manatdır. Məlumdur ki, bankların məzənnəsi rəsmi məzənnədən maksimum 4 faiz fərqlənə bilər, yəni 1,7016 ola bilər. Deməli, söhbət banklardan deyil, qara bazardan gedir və belə çıxır ki, qara bazar özünü o qədər rahat hiss edir ki, hətta reklam da etdirir (telefon nömrəsi də var: 0124041389)? Hər bir halda hüquq-mühafizə orqanları bu məsələ ilə maraqlansa, yaxşı olar”.

Image result for Ehsan Zahidov

Bildirilir ki, sözügedən mesaj sosial şəbəkələr vasitəsilə də yayılır və dolların süni qiymət artımına xidmət verir. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov azvision.az-a açıqlama verib. O, vətəndaşları belə hallarla qarşılaşdıqda, vətəndaşlıq mövqeyi sərgiləyərək polisə məlumat verməyə çağırıb. Ehsan Zahidov polisin belə hallarla mübarizə apardığını vurğulayaraq, nəticələr barədə ictimaiyyətə məlumat veriləcəyini söyləyib.

Qeyd edək ki, ölkədə dollar qıtlığı yaşandıqca və dollara tələbat artdıqca, Dövlət Neft Fondunun bazara çıxartdığı dolların alıcılarının sayı da artmaqdadır. Paralel olaraq bankların dollara olan tələbatı da kəskin yüksəlir. Sentyabrın 6-da Bloomberg platforması üzərindən həyata keçirilən valyuta hərracı zamanı dollarla bağlı banklardan daxil olan sorğuların ümumi məbləği 965 milyona çatıb. Neft Fondu isə bu qədər böyük tələbin yalnız 50 milyonunu ödəyə bilib.

Yeri gəlmişkən, Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb. Belə ki, sentyabrın 5-də vəsaitlərin cəlb edilməsi üzrə keçirilən növbəti depozit hərracında tələb 15 milyon manat olub. Hərrac nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 9,49 faiz təşkil edib.

Image result for Mərkəzi Bank

“Reuters” agentliyi bildirir ki, müxbirlərinin baş çəkdikləri 6 bankdan 3-də xarici valyutanın satışı tamamilə dayandırılıb. “Azərbaycan bankları xarici valyuta satışını kəskin məhdudlaşdırıb, dollara tələbat isə kəskin artmaqda davam edir” - deyə, “Reuters” agentliyi yazır. Agentlik xəbər verir ki, növbəti kəskin devalvasiyadan çəkinən bizneslər və müştərilər kütləvi şəkildə manatdan xilas olmağa çalışırlar. “Reuters” müxbirləri bildirirlər ki, qara bazarda bir dollar iki manata satılır.

Image result for Qara bazar


Agentlik müxbirlərinin baş çəkdikləri 6 bankdan 3-də xarici valyutanın satışı tamamilə dayandırılıb, digər banklarda isə rəsmi limitin 500 dollar olmasına baxmayaraq, bir nəfərə yalnız 100 dollar satıblar.

Azərbaycanın büdcə gəlirlərinin dörddə üçünü enerji ixracatının gəlirləri təşkil edir. Neft qiymətlərinin son zamanlar kəskin düşməsi manat üzərinə təzyiqi xeyli artırıb. Avqustun sonlarında Azərbaycan Mərkəzi Bankı bildirmişdi ki, dollara yüksək tələbat mövsümi xarakter daşıyır.

Mərkəzi Bank Dövlət Neft Fondundan auksionlar vasitəsilə xarici valyuta satışının davam etdiriləcəyini də bildirmişdi. “Reuters” yazır ki, auksionlar həftədə cəmi iki dəfə keçirilir və 50 milyon dollarlıq limitə malikdir. Halbuki Mərkəzi Bankın öz rəqəmlərinə görə xarici valyutaya tələbat 10 dəfə artıqdır. Agentlik Mərkəzi Bankdan münasibət öyrənə bilməyib.(musavat.com)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi