azia.az
azia.az

Mərkəzi Elmi Kitabxana VII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edir

7-10-2021, 07:12


Mərkəzi Elmi Kitabxana VII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edir
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2021-ci il 6-10 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) da iştirak edir.
VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında MEK əsasən Azərbaycan Milli Elmlər Akademiyasının xüsusi tərtibatlı və zövqlə müxtəlif dillərdə hazırlanmış nəşrlərini, eləcə də Azərbaycan həqiqətləri və Qarabağ problemindən, İkinci Qarabağ müharibəsindən bəhs edən kitabları təqdim edir.
Kitab Sərgi-Yarmarkasında MEK tərəfindən AMEA-nın Prezidenti akademik Ramiz Mehdiyevin “Tarixi idrakın elmiliyi problemlərinə dair” (2013) və “Низами Гянджеви: наследие мыслителя в контексте мировой культуры и национального самосознания” (Bakı, 2021), AMEA prezidenti katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Əmirovun “Мыслитель, затменный славой поэта: о научном мировоззрении Низами Гянджеви” (Bakı, 2021), Çingiz Qacarın “Гянджа. Сокровищница тайн” (Bakı, 2017), Nazim Mustafanın “İrəvan quberniyasında azərbaycanlıların soyqırımı (1918-1920)” (Bakı 2017), Güntəkin Nəcəflinin “Urmiya bölgəsində azərbaycanlılara qarşı soyqırımı (1917-1918)” (Bakı 2017), Anar Turanın “Erməni terroru və Qriqorian kilsəsi” (Bakı 2019) və “Dünya soyqırımlarının tarixi” (Bakı 2018), V.M. Abbasovun “Qarabağ Azərbaycandır!” (Bakı 2021) adlı kitabları, eləcə də “Zəfər yolu” (Bakı 2020), “Naxçıvan ensiklopediyası”, “Petroglyphs of Gobustan”, “İmages of cultural, natural heritage of Azerbaijan”, “The colors of Azerbaijan”, “Miniatures”, “Nizami Gəncəvi. Əsərləri” (2 cilddə), “Nizami Gəncəvi irsinin kitabxanalarda təbliği” (Bakı 2021) və digər nəşrlər nümayiş olunur. Bundan əlavə MEK-in Biblioqrafiya şöbəsi tərəfindən hazırlanaraq “Elm Nəşriyyatı” tərəfindən nəfis tərtibatla çap olunan biobiblioqrafik göstəricilər sərgi-yarmarkada nümayiş edilən dəyərli nəşrlər sırasında yer alır.Mərkəzi Elmi Kitabxana VII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edir
Qeyd edək ki, VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunub. 5 gün boyunca davam edəcək Sərgi-yarmarka zamanı çoxsaylı yerli və xarici nəşriyyatlar, poliqrafiya müəssisələri, kitab evləri iştirak edəcəklər.
AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
pr.mek.az@gmail.com


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi