azia.az
azia.az

Jirinovski S-700 raketləri haqda danışdı

15-10-2018, 12:59

Jirinovski S-700 raketləri haqda danışdı

Rusiya Liberal-Demokrat Partiyasının lideri, Dövlət Dumasının deputatı Vladimir Jirinovski oktyabrın 11-də “Rossiya 1” telekanalında “Vladimir Solovyovla axşam” tok-şousunda bildirib ki, Rusiya S-600 və S-700 hava hücumundan müdafiə sistemlərinə malikdir.

Virtualaz.org xəbər verir ki, verilişdə Jirinovski S-300 zenit-raket sistemlərinin Suriyaya verilməsinin siyasi nəticələrindən söhbət açıb. “Amerikalılar qorxurlar, onlar qorxurlar ki, bütün dünya ən yaxşı hava hücumundan müdafiə sisteminin Rusiyanın S-300-ü olduğunu görər. Halbuki bizdə S-400, S-500, S-600 və S-700 də var. Bütün planeti bağlaya bilərik və bir təyyarə də havaya qalxmaz”, - siyasətçi deyib.

Parlament üzvünün bəyanatı gülüş və zarafatlarla qarşılanıb. Belə ki, aparıcı Vladimir Solovyov ona məsləhət görüb ki, “təsadüfən bütün sirləri açmasın, yoxsa birdən qorxulu S-1500 sistemindən danışar”. “Sonuncusu hələlik S-700-dür”, - liberal-demokratların lideri cavab verib.

“Düşünürım ki, bu sonuncu olacaq, çünki dünyada uçmaq üçün daha raket qalmayacaq. S-700 hamısını birbaşa uçuş nöqtələrində bağlayacaq və bu rus HHM sisteminin son zərbəsi olacaq”, - Jirinovski sözlərini yekunlaşdırıb.

Hazırda Rusiya ordusunda olan ən qabaqcıl zenit raket sistemi “Triumf” adlı S-400-dür. Bu sistem 400 kilometr radiusda həm havadan, həm də kosmosdan bütün mövcud hücum vasitələrini məhv etməyə qadirdir. Eyni zamanda, yeni nəsil S-500 (“Prometey”) kompleksi yaradılır ki, bu sistemə daxil olan raket sınaq zamanı, Amerika kəşfiyyatının məlumatına əsasən, 481 kilometr uçaraq hədəfi vurub. S-600 və S-700 komplekslərinin yaradılması barədə heç bir məlumat yoxdur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi