azia.az
azia.az

BƏƏ Barselona forması geyənlərə 15 il həbs cəzası verəcək

10-06-2017, 17:43

BƏƏ Barselona forması geyənlərə 15 il həbs cəzası verəcək


Birləşmiş Ərəb Əmirlikləri hakimiyyəti ölkə ərazisində “Barselona” formasının geyinilməsinə rəsmən qadağa qoyub.
Avropa.info xəbər verir ki, qadağaya səbəb katalon klubunun formasında “Qatar Airways” şirkətinin loqosunun olmasıdır. Qətərlə diplomatik əlaqələr kəsildikdən sonra “Qatar Airways” şirkətinin uçuşları BƏƏ-də qadağan olunub.
Qadağanı pozanları 135 min dollar məbləğində cərimə, həmçinin 15 il həbs cəzası gözləyir.
Öz növbəsində “Barselona” futbolçuları “Qatar Airways” formasında oynamaqdan imtina ediblər. Belə ki, şirkətlə müqavilə 30 iyunda başa çatır. “Barselona”nın yeni sponsoru Yaponiyanın “Rakuten” şirkəti olacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi