azia.az
azia.az

Rus ekspert: “Ərdoğan öldürülsəydi…”

28-09-2016, 12:04

Rus ekspert: “Ərdoğan öldürülsəydi…”
Çevrilişə cəhd zamanı Ərdoğan öldürülsəydi, ölkədə vətəndaş müharibəsi baş verəcəkdi

Bu sözləri rusiyalı politoloq Dmitri Kulikov 15 iyul hərbi çevriliş cəhdinə münasibət bildirərkən deyib.

Analitikin sözlərinə görə, bəzi qüvvələr hələ də Türkiyədə xaos yaratmağı düşünür:

“Bu gün bəzi geosiyasi qüvvələr Yaxın Şərqdə böyük bir xaos yaratmağa çalışır. İraq, Suriya, Liviya və Şimali Afrika bu siyasətin qurbanıdır. Ancaq regiondakı xaos bu ölkələrlə bitməyəcək. Türkiyəni də bu siyahıya qatmaq istəyirlər.

15 iyul dövlət çevrilişinə cəhd bu yolda atılmış bir addım idi. Çevriliş uğurlu olsaydı, Türkiyədə heç kimin təsəvvür etmədiyi hadisələr baş verəcəkdi. Qiyamçılar Ərdoğanı öldürsəydi, vətəndaş müharibəsi başlayacaqdı. Ayrıca, bu ölkədə kürdlər var, böyük toplumları üz-üzə qoymaqla Türkiyə xaos regionuna qatılacaqdı”.

Rusiyanın Yaxın Şərqdə xaos regionunun genişləndirilməsinə qarşı çıxdığını deyən ekspert Ankaranın Moskva ilə əməkdaşlığı gücləndirməli olduğunu deyib:

“Rusiya bu siyasətdən imtina edən ölkələr sırasındadır. Çin də bənzər siyasət yürüdür. Moskva hazırda böyük müharibələrin yaranmaması üçün ciddi səy göstərir. Bu gün Türkiyə Suriyada müharibə ilə nəsə qazanmağa çalışırsa, böyük səhv edir. Suriyada böhran həll edilməlidir. Ankara Moskva ilə çalışmalı, onun yanında olmalıdır”.(axar.az)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi