azia.az
azia.az

İtaliyada ölənlərin sayı 247-yə çatıb

25-08-2016, 10:09

İtaliyada ölənlərin sayı 247-yə çatıb
İtaliyanın mərkəzi hissəsində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 247 nəfərə çatıb

***
İtaliyada baş verən zəlzələ nəticəsində azı 120 nəfər həlak olub.

Publika.az xəbər verir ki, bu barədə təbii fəlakət zonasına baş çəkən İtaliyanın baş naziri Matteo Renzi bildirib.

Onun sözlərinə görə, yeraltı təkanların episentrinə yaxın Akkumoli və Amatriçe şəhərlərində 368 nəfər xəsarət alıb.
***
İtaliyada zəlzələ qurbanlarının sayının artaraq 73 nəfərə çatdığı bildirilir.
Bu barədə İtaliya Mülki Müdafiə Xidmətinin rəsmi nümayəndəsi İmmakolata Postilyone bildirib.
İktin düşənlərin sayı barədə hələ dəqiq məlumat verilmir. Təqribən 100 nəfərin xəsarət aldığı deyilir.
***
İtaliyada güclü zəlzələ nəticəsində həlak olanların sayı 63 nəfərə çatıb.

***
Son məlumatlara görə, zəlzələ 45 insanın həyatına son qoyub. Daha 100 nəfər itkin hesab edilir.

Seysmoloqlar ilk zəlzələ ilə müqayisə edilə bilən yeni yeraltı təkanları istisna etmirlər.

***
İtaliyada zəlzələ qurbanlarının sayı 24-ə çatıb.

“La Repubblica” qəzetinin yazdığına görə, 100-dən çox insandan xəbər yoxdur. Nəşrin yazdığına görə, zəlzələdən yolların dağılması fəlakətin yerində axtarış-xilasetmə əməliyyatın həyata keçirilməsində çətinlik yaradır.

***

Zəlzələnin gücünü İtaliyanın bir çox şəhəri hiss edib. Zərbə dalğası ölkə paytaxtı Romaya qədər çatıb. Şəhər meri Sercio Pirotssinin sözlərinə görə, vəziyyət zəlzələdən sonra yaranan sürüşmə ilə daha da mürəkkəbləşib.

“Şəhərə gələn və gedən bütün yollar kəsilib. Şəhərin yarısı yox olub. İnsanlar dağıntıların altındadır”, - Pirotssi dövlət telekanalı RAI-nin efirində bildirib.

Şəhərə hazırda xüsusi texnika göndərilib. Zəlzələnin qurbanları haqqında informasiyalar hələ ki azdır. Hakimiyyət altı nəfərin həlak olmasını təsdiq edib. Amma KİV bildirir ki, ən azı 14 insan həlak olub. Bəzi məlumatlarda ondan çox insan həlak olduğu bildirilir.

Daha iki nəfər Arkuata-del-Trontoda təbii hadisənin qurbanı olub. Peskara-del-Tronto şəhərciyində uşaq həlak olub. Onun valideynlərinin indiyə qədər dağıntıların altında olduğu bildirilir. Qurbanların artacağı istisna edilmir.

“Mən zarıltıları və qışqırıqları eşidirəm, amma heç nə edə bilmirəm. İnsanlar dağılmış evlərin altındadır. Bizə insanları dağıntıların altından çıxarmaq üçün mütəxəssislər lazımdır”, - şəhərin meri deyib.

Başqa şəhərlərdə də həmçinin ciddi dağıntılar qeydə alınıb, yaralılar var. Milli Mülki Müdafiə Xidmətinin başçısı Fabritsio Kurço jurnalistlərə bildirib ki, zəlzələ ən azı üç əyalətə - Askoli Piçeno, Fermo və Maçerataya zərər vurub.

***

İtaliyanın mərkəzi hissəsində yerləşən Amatriçe şəhərində qeydə alınan 6,2 bal zəlzələ nəticəsində ilkin məlumatlara görə 2 nəfər həyatını itirib.

"Report"un məlumatına görə, şəhər meri Sercio Pirotssi televiziya vasitəsi ilə çıxış edərək bildirib ki, şəhər binalarına ciddi ziyan dəyib, dağıntılar altında insanlar ola bilərlər.

"Baxın, bəzi binalar tamamilə dağılıb, biz ümid edirik ki, yardım alacağıq", - deyə o bildirib.

Merin sözlərinə görə, dağılmış binaların altında qala bilən insanlara çatmaq üçün şəhərə ağır texnika lazımdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi