azia.az
azia.az

Bu ölkədə uşaqlar kütləvi şəkildə ölür - Səbəb bəlli deyil

2-09-2021, 13:26

Bu ölkədə uşaqlar kütləvi şəkildə ölür - Səbəb bəlli deyil
Hindistanda yüksək hərarətdən 50 nəfər ölüb.

Azia.az Qərb mediasına istinadən xəbər verir ki, Hindistanda təxminən bir həftə ərzində, əksəriyyəti uşaqlar olmaqla, ən azı 50 nəfər səbəbi bəlli olmayan yüksək hərarətdən ölüb.

Yüksək hərarəti olan şəxslərin hazırda xəstəxanalarda müalicə aldığı bildirilib.

Yoxlanış zamanı ölənlər arasında Covid-19-a yoluxan aşkar edilməyib.

Xəstəliyin səbəbi hələ bilinməsə də, bəzi həkimlər insanlara ağcaqanadlar vasitəsilə ötürülən deng qızdırmasından şübhələnirlər. Bir çox xəstədə deng qızdırmasının səbəb olduğu trombosit sayında azalma olduğu izah edilib.

Səhiyyə işçisi Neta Kulşrestha xəstəxanada müalicə alan xəstələrin, xüsusilə uşaqların çox tez öldüyünü söyləyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi