azia.az
azia.az

Rusiya erməni biznesmenin Dağlıq Qarabağla bağlı xahişinə mənfi cavab verib

7-10-2020, 10:40


Rusiya prezidenti Vladimir Putinə biznesmen Ruben Vardanyanın Dağlıq Qarabağ münaqişəsində Ermənistana kömək etmək xahişi barədə məlumat veriblər.
Rusiya erməni biznesmenin Dağlıq Qarabağla bağlı xahişinə mənfi cavab verib
“Report” xəbər verir ki, bu barədə RBK-ya Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Əlbəttə, prezidentə bütün müraciətlər barədə bildirilib", - Kremlin nümayəndəsi qeyd edib.

Onun sözlərinə görə, biznesmenin müraciətinin emosional tonu tamamilə aydındır. Rusiya Dağlıq Qarabağda hərbi əməliyyatları qurtarmaq və tərəflər arasında danışıqları yeniləmək üçün mümkün olan hər şeyi edir.

Bununla belə, Moskva tərəfindən belə aktiv addımları indi "təsəvvür etmək çətindir", - Peskov əlavə edib.

Daha əvvəl erməni əsilli Ruben Vardanyan Rusiya prezidenti Vladimir Putinə Dağlıq Qarabağ münaqişəsində Ermənistana kömək etməyi xahiş edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi