azia.az
azia.az

Ərdoğan sürücü oldu, Davudoğlu sərnişin

22-04-2016, 10:14

Ərdoğan sürücü oldu, Davudoğlu sərnişin Türkiyədə daha bir tarixi layihənin açılışı həyata keçirilib. İstanbul-İzmir magistral yolunun Yalova Altınova-Bursa Gemlik hissəsindəki körpünün açılışı olub. İstanbul-İzmir arasındakı məsafəni 8 saatdan 3.5 saata qədər azaldan yol ötürücüsünün dünyanın 4-cü böyük asma körpüsü olduğu bildirilir.
Açılışda Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu iştirak ediblər. Körpünün son hissəsinin yerləşdirilməsindən sonra qaykaları birlikdə sıxan Ərdoğan və Davudoğlu yeni körpünün ilk istifadəçiləri olublar.
Türkiyənin rəhbər şəxsləri yeni körpüdən ölkə prezidentinin xidməti avtomobili ilə keçiblər. Bu vaxt avtomobili prezident Rəcəb Tayyib Ərdoğan idarə edib, baş nazir Əhməd Davudoğlu isə onun yanında əyləşib. Bir az sonra ikili yerini dəyişib və avtomobili yeni körpüdə bir müddət də baş nazir Davudoğlu idarə edib.
Osmanlı imperatorluğunun banisi Osman Qazinin adını daşıyan, İzmit körfəzindən keçərək İzmitlə Yalova sahillərini birləşdirən körpü may ayının sonunda istifadəyə veriləcək. Körpüdən avtomobillə keçməyin qiyməti 35 dollar + ƏDV olacaq. “Osman Qazi” körpüsü sayəsində İstanbuldan İzmirə və ya əks istiqamətdə hərəkət edən bir sürücü vaxta və yanacağa qənaət edəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi