azia.az
azia.az

Bakı Ali Neft Məktəbinin 3 əməkdaşı “ Yüksəliş ” – in qalibidir

15-07-2021, 11:49

 Bakı Ali Neft Məktəbinin 3 əməkdaşı “ Yüksəliş ” – in qalibidir

Bakı Ali Neft Məktəbinin müəllimləri “Yüksəliş” müsabiqəsinin qalibləri olublar. Bu barədə Ali Məktəbdən məlumat verilib. Onlardan Orxan Quliyev 1 - ci yerə, Ziya Mürsəlzadə 2 - ci yerə, Güldənə Hidayətli isə 19 - cu yerə layiq görülüblər. Qaliblər 12000 - ə yaxın iştirakçı arasından seçiliblər. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, 20 - likdə yer tutmaq qürurvericidur. Bu bütün SOCAR və BANM ailəsinin sevinci, uğurudur.
Orxan Quliyev Avtomatika mühəndisliyi ixtisasında, Ziya Mürsəlzadə Biznesin İdarə edilməsi proqramı üzrə ixtisaslarda (MBA) dərs deyir. Güldənə Hidayətli isə BANM - də Keyfiyyətə təminat şöbəsinin müdiridir. Eyni zamanda Bakı Ali Neft Məktəbinin məzunudur. Qaliblərin adı kadr ehtiyatı bankına daxil edilməklə yanaşı, onlar idarəçi rəhbərlər tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 000 AZN məbləğində özünüinkişaf qrantı əldə edəcək.
Qeyd edək ki, Orxan Quliyev, Ziya Mürsəlzadə eyni zamanda SOCAR şirkətində məsul vəzifələrdə çalışırlar.
Yeri gəlmişkən, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019 – cu ildə imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək üçün təsis olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi