azia.az
azia.az

“Azərbaycanda da varıq, olmağa da davam edəcəyik...”

3-07-2021, 14:38



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sakaryada tank tırtılları istehsal edən zavodun işçiləri qarşısında çıxışı zamanı ölkəsinin regionda rolunun və nüfuzunun artması haqda danışıb. “Biz Liviyada da varıq, Azərbaycanda da varıq, Suriyada da varıq, Şərqi Ağdənizdə də varıq, olmağa da davam edəcəyik”,-o bildirib.
“Azərbaycanda da varıq, olmağa da davam edəcəyik...”
Sakarya tank tırtılları zavodunun qərətli investorların idarəetməsinə verilməsi neçə vaxtdır Türkiyədə müxalifətlə hakimiyyət arasında polemika mövzusudur. Müxalifət hakimiyyəti strateji əhəmiyyətli müdafiə sənayesi zavodunu xaricililərə dəyərindən qat-qat ucuz satmaqda ittiham edir. Ərdoğan isə zavodun işçiləri qarşısında bəyan edib ki, zavodun mülkiyyəti Milli Müdafiə Nazirliyinə məxsusdur. “Bura dövlətin malıdır və elə də qalacaq”,-prezident deyib.

“Biz haqqımız nəysə bu haqqımızı sökə sökə alırıq və alacağıq. Şərqi Ağdənizdə (Aralıq dənizi) və Kipr sahillərində karbohidrogen axtarma işlərini də davam etdirəcəyik”, -Türkiyə prezidenti regionda ölkəsinin maraqlarını güzəştə getməyəcəyini vurğulayaraq bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi