azia.az
azia.az

Azərbaycan Polisini şantaj eləmək saf və düz əqidəli adamın işi deyil

8-06-2021, 16:10

Azərbaycan Polisini şantaj eləmək saf və düz əqidəli adamın işi deyil
Ötən günlərdə Azərbaycan Polisinə qarşı aparılan əxlaqsız və vicdansız təbliğatın kökündə bir məqsəd dayanırdı, hansı vasitə ilə olur-olsun dövləti gözdən salmaq... Bu bir faktdır ki, Azərbaycan dövlətini istəməyən xarici qüvvələrin maşasına çevrilmək belə dırnaqarası, qaraguruhçu insanaların məqsədinin əsas qayəsidir. Polisin “dayan” əmrinə tabe olmayıb, birbaşa onu müxtəlif variantlarla şantaj eləmək, işguzar nüfuzuna kölgə salmaq sağlam düşüncəli adamın işi deyil. Kimlərinsə köləsinə çevrilib, müxtəlif variantlarla aranı qarışdırmağa yönələn belə dırnaqarası hüquq müdafiəçiləri kimi özlərini təqdim edənlərin yalnız bir məqsədi var, o da Azərbaycanı gözdən salmaq, polisin fəaliyyətinə ləkə gətirməkdir. Dəfələrlə cinayət məsuliyyətinədən yaxa qurtara bilməyən bu adam, yaranmış demokratik mühitdən istifadə edib sosial şəbəkələr vasitəsi ilə polisin qanunu fəaliyyətinə kölgə salmaqla əslində özünün kim olduğunu bir daha göstərdi. Bakı Şəhər Yol polisinin “dur” əmrinə şantajla cavab verən belə nəsnələrin cəmiyyətin “yazva”sı olduğu həqiqətdir. Özü qeyd edir ki, birinci qrup əlildir, razılaşsaq, onda belə sual yaranır, sənə sürücülük vəsiqəsini necə əldə eləmisən? Yoxsa, vəsiqəni də şantaj yolu ilə almısan? Maşınının arxa və yan şüşələri qalın pərdə ilə örtürüldüyü, əlavə texniki vasitələr quraşdırıldığı halda, polisə simasızcasına hücuma keçirsən.
Əslində onun özünü jurnalist, habelə hüquq müdafiəçisi kimi təqdim etməsi qanunla məsuliyyət yaradır. Biz inanırıq ki, media ilə bağlı yeni yaranan qurum belə adamların junalistikadan kənarlaşmasına şərait yaradacaqdır. Sosial şəbəkələrin azad fəaliyyətindən istifadə edib insanlara qara yaxmaq və şantaj eləmək qanuni fəaliyyətə və şəxsi həyata müdaxilə kimi dəyərləndirilməli və hüquqi qiymət verilməlidir. Azərbaycan polisinin qanuni fəaliyyətinə kölgə salan belə insanların əməlini kəskin şəkildə qınayır və aidiyyatı qurumlardan onların fəaliyyətinin araşdırılmasını xahiş edirik.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi