azia.az
azia.az

"İnternational Medical Center" savaşda olan snayperimizin yoldaşından doğuşa görə 1500 manat aldı - Daha bir səhiyyə biabırçılığı

7-11-2020, 13:02

"İnternational Medical Center" savaşda olan snayperimizin yoldaşından doğuşa görə 1500 manat aldı - Daha bir səhiyyə biabırçılığı
Teref.az yazır ki, sosial şəbəkə istifadəçisi Vüsalə Quliyeva (Вусала Кулиева) öz statusunda yazır:
Baxın bunu deyirdim bundan qabaqki statusumda.Səhifədə yazmayanlar şəxsiyə yazırdılar ki, Vüsalə o statusun zamanı deyil.
ZAMANİDİR,HƏM DƏ ƏSL ZAMANIDIR.
Di soxun gözünüzə hələ savaş bitməyib.
Bir neçə gün qabaq Yasamal rayonundan olan şəhid anasının halı pisləşib.Mərkəzi Klinik Xəstəxana 100m ödəniş tələb ebib.
Bu isə yeni paylaşımdır.
"PAYLAŞ! (İnternational Medical Center)
İmkan düşmüşkən bir məsələni də yazim. Bizim ön cəbhədə döyüşən, yaralanıb, sağalan kimi təkrar döyüşə qayıdan sinaperçi bir qardaşımızın hamilə yoldaşından 30 oktyabr 2020 ci ildə doğuş üçün 1500 manat pul alan , tarqovuda yerləşən "İnternational" klinikasına kiminsə əlaqəsi çatırsa bildirsin ki, bu pulu onların burnundan gətirəcəm. Açığı bu məsəlini ilk eşidəndə ictimailəşdirmək istəyirdim, sadəcə əsgərimiz qardaşı ehtiyat etdi ki neçə illər sonra dünyaya gələcək uşaqlarına yaxşı baxmazlar və s.
Ona görə ilkin olaraq cəbhədə döyüşən əsgərlərə və onların ailələrinə yardım üçün ianə aksiyası keçirən Elnur Eliyev gilə müraciət etdim. Onlarda bu məsəlini işıqlandırmağin lazım olmadığını, özləri kömək edəcəklərini dedilər. Açığı mən buna arxayın oldum və cəbhəyə dəstək aksiyamiza başım qarışdığı üçün bir neçə gün sonra əsgərimizin qardaşına zəng etdim. O isə dedi ki, nə klinika güzəştə getdi, nə də ki ianədən kömək edən olmadı.1500 manatı tapıb qəpiyinə qədər ödədik.Bax belə..."İnternational Medical Center" savaşda olan snayperimizin yoldaşından doğuşa görə 1500 manat aldı - Daha bir səhiyyə biabırçılığı
Öz qanı ilə torpaq alan yaralı əsgərin xanımından pul alan klinika öz layiqli cəzasini almalıdır.",- Bəşir Əliyev
P.S üstəlik bu gün uşağı evə buraxanda 60 manat peyvənd pulu alıblar. Hansı ki peyvən pulsuzdur!
Teref.az olaraq qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi