Sosial şəbəkə istifadəçisi Bərdə İH başçısına dərs verdi: "Ancaq bilmirsinizmi ki, "məhv olub" neqativ yük daşıyan ifadədir."
Teref.az yazır ki, sosial şəbəkə istifadəçisi Tariyel Azərtürk Bərdə rayon İH başçısı Vidadi İsayevə müraciət edərək, bütün dünyaya bəyanat verdiyi zaman bir az ehtiyatla ifadələri seçməyi məsləhət görüb. Tariyel Azərtürk Vidadi İsayevə müraciət edərək yazır:
Dünənki Bərdə brifiqində danışan Bərdə rayon İH başçısı VİDADİ İSAYEV yoldaşa:
Siz dövlət adamısınız, Bərdə kimi böyük bir bölgəyə rəhbərlik edrsiniz. Müdrik yaşın da içərisindəsiniz. Ancaq bilmirsinizmi ki, "məhv olub" neqativ yük daşıyan ifadədir. Yəni, adətən nifrət olunan bir canlının, cansızın barəsində işlənən feildir. Deyirsiz:
"Dünən atılan mərmidən maşındakı sürücü də, sərnişin də məhv olub".
Tariyel bəy öz vətəndaşına"məhv olub" deməyin yanlış ifadə olduğunu (düşməni məhv edirlər! red) nəzərə çatdıraraq davam edir:
Sonrakı cümlənizdə lap gül vurursunuz, "propessor":
"Bu saldırı da, əvvəlki dövrlərdə olduğu kimi, bu təcavüz də, bu terror da nəinki ruh düşgünlüyü yaratmadı, və onların əvəzlədiyi (söz anlaşılmır?) insanları yerindən eləmədi, əksinə, ... "
Dediyinizdən belə çıxır ki, bu terror insanlarda ruh düşgünlüyü yaratdı, insanları yerindən elədi...
Dediklərinzdə, hələ brifinqdəki kimi bütün dünyaya bəyanızda bir az ehtiyatlı olun, müəllim.
Teref.az olaraq qeyd etmək istəyirik ki, Vidadi İsayevin mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az